Derbidə meydana səs bombası atıldı

Derbidə meydana səs bombası atıldı
Almaniya Bundesliqasının X turu çərçivəsində bu keçirilən "Şalke 04" - "Borussiya" (Dortmund) matçında ara qarışıb. Fanat.az xəbər verir ki, Rur derbisi kimi tanınan qarşılaşmadakı olaylara azarkeşlər səbəb olub.
Matçın start fiti çalınmadan qonaq komandanın fanatları meydançaya yad əşyalar və səs bombası atmağa başlayıb. Bu zaman oyunun hakimləri və komandalar paltardəyişmə otağına yollanmalı olub. Bir müddət sonra isə meydana dönərək oyunu başlayıblar.
Qeyd edək ki, matç "Borussiya"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər