"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlinin köməkçiləri müəyyənləşib. Fanat.az xəbər verir ki, Lənkəran klubunun məşqçilər korpusunda iki əcnəbi və bir yerli mütəxəssis yer alacaq.
Belə ki, Dənizli uzun Emin Quliyev, fiziki hazırlıq üzrə məşqçi Covanni Melkioreni və qapıçılarla işləyən məşqçi Hafiz Əliyevi komandada saxlayıb. Onun digər köməkçisi isə həmyerlisi, "Fənərbaxça"nın sabiq kapitanı və Türkiyə millisinin keçmiş məşqçisi Oğuz Çətin olacaq.
Qeyd edək ki, Oğuz Çətin bir neçə gündü ölkəmizdədi. O, Con Toşakın istefasına səbəb olan "Bakı" matçını canlı izləmişdi.
Fanat.az