Dənizli Mançini və Martinonu qabaqlayacaq

Dənizli Mançini və Martinonu qabaqlayacaq
"Xəzər Lənkəran"la müqavilə bağlayacaq Mustafa Dənizlinin 1,5 il ərzində 6 milyon avro qazanacağı deyilir. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Həmkarlarımızın iddiasına görə, türk mütəxəssis hazırda 8-ci yerdə qərarlaşan komandanı ilk ikiliyə yüksəldəcəyi təqdirdə əlavə 1 milyon avro bonus alacaq. 
Bu məğləb dəqiqdisə, Dənizli Avropanın aparıcı klublarında çalışan bir çox həmkarını qabaqlayacaq. Belə ki, hazırda "Barselona"nın sükanı arxasında olan Serardo Martino 5.4, "Qalatasaray"ı çalışdıran Roberto Mançini 4.5, "Tottenhem"ə başçılıq edən Andre Villaş-Boaş 4.35, İtaliya millisinin baş məşqçisi Sesare Prandelli 3, "Zenit"ə rəhbərlik edən Lusiano Spaletti 3.25, "Yuventus"un çalışdırıcısı Antonio Konte 2.9 milyon avro maaş alır. 
Məlumat üçün qeyd edək ki, "Çelsi"nin baş məşqçisi Joze Mourinyo ildə 12 milyon avroluq maaşla dünyanın ən çox qazanan məşqçisidi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər