DÇ: Azərbaycan gimnastları gürzlər və lentlə çıxış edəcək

DÇ: Azərbaycan gimnastları gürzlər və lentlə çıxış edəcək

Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə gürzlər və lentlə çıxışlar baş tutacaq. 

Azərbaycan təmsilçiləri Zöhrə Ağamirova və İlona Zeynalova da “Armeets” arenasında məharətlərini nümayiş etdirəcəklər.

Qeyd edək ki, mundialın ilk günündə Ağamirova halqa ilə finalda çıxış edərək altıncı yeri tutub. O, iki növdən sonra çoxnövçülükdə onuncu sırada qərarlaşıb. Dörd hərəkətin cəmində ilk "18-lik" çoxnövçülük finalına vəsiqə qazanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər