DÇ: Azərbaycan gimnastı finalda mübarizə aparacaq

DÇ: Azərbaycan gimnastı finalda mübarizə aparacaq

Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə lisenziya xarakterli dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, mundialın dördüncü günündə fərdi çoxnövçülük üzrə final mərhələsi keçiriləcək. 

Həlledici mərhələdə 18 gimnast iştirak edəcək. Onların arasında seçmə mərhələdə doqquzuncu nəticə göstərən Azərbaycan təmsilçisi Zöhrə Ağamirova da var.

İlk üç yerin sahibləri Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Qeyd edək ki, Ağamirova daha əvvəl lentlə finalda beşinci, halqa ilə altıncı yeri tutub. Ötən gün isə Zeynəb Hümmətova, Ləman Əlimuradova, Kamilla Əliyeva, Darya Sorokina, Yelizaveta Luzan və Güllü Ağalarzadədən ibarət qrup hərəkətləri komandası çoxnövçülükdə doqquzuncu olub. Yığma üç lent və iki topla hərəkətlərdə finala yüksəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər