"Atletiko Madrid"in yeni transferi David Vilya "Monako"ya transfer olan kolumbiyalı ulduz Radamel Falkaonun boşluğunu doldurmaq üçün əlindən gələni edəcəyini deyib.
İdman24.az xəbər verir ki, 5,1 milyon avroya "Atletiko"ya keçən Vilya "Çox xoşbəxtəm. Komanda yoldaşlarıma kömək olmağa gəldim. Kluba hər şeyi verməyə çalışacam. Falkaonun boşluğunu doldurmaq üçün əlimdən gələni edəcəm", deyib.
İdman24.az