Darmadağınla sonuncu pillə: 1 qol, 1 xal

Darmadağınla sonuncu pillə: 1 qol, 1 xal
19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AVRO-2014-ün seçmə mərhələsinin oyunları davam edir. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı 3-cü qrupun oyunlarına bu gün yekun vurulub.
Arif Əsədovun yetirmələri İsveçin ev sahibliyi etdiyi qrupda son oyununu meydan sahiblərinə qarşı keçirib. Oyun millimizin 1:5 hesablı darmadağını ilə yekunlaşıb. İsveç yığmasının heyətində Pontus Nordenberq budl edib, Starke Hedlund, Yoahim Olausson və Arber Zeneli hərəyə bir qol vurub. Millimizin yeganə qoluna isə 74-cü dəqiqədə Fəhmin Muradbəli imza atıb. Adil Nağıyev isə 90+4-cü dəqiqədə qırmızı vərəqə alıb.
Qeyd edək ki, yığmamız qrupun ilk oyununda İrlandiyaya 0:2 hesabı ilə uduzmuş, ardınca Bosniya və Hersoqovina ilə sülh bağlamışdı - 0:0. Hər iki oyunda qələbə qazanan İrlandiya isə qrupdan çıxmaq vəzifəsinin öhdəsindən son turdan əvvəl gəlmişdi. Yığmamız İsveçi udmaqla ikinci pilləni tuta bilərdi. Lakin udazaraq sonuncu olub. Qrupun digər oyununda Bosniya və Hersoqovina İrlandiya ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
AVRO-2014
Seçmə mərhələ
15 oktyabr
3-cü qrup
İsveç - Azərbaycan 5:0
Qollar: Pontus Nordenberq, 16; 69. Starke Hedlund, 33. Yoahim Olausson, 53. Arber Zeneli, 55 - Fəhmin Muradbəli, 74.
İsveç: 1. Edvard Setterberq, 2. Jesper Manns, 4. Yohan Andersson (k), 5. Starke Hedlund, 6. Simon Qustafson, 7. Jesper Karlstrom, 8. Kristoffer Olsson, 10. Muamer Tankoviç (16. Marlus Sanqre, 83), 11. Yoahim Olausson (14. Karl Bohm, 70), 13. Arber Zeneli (17. Niklas Eliasson, 17), 15. Pontus Nordenberq.
Ehtiyat oyunçular: 12. Oslar Klasson, 3. Qustav Jarl, 9. Anton Mesterlund, 18. Henrik Karlsson.
Baş məşqçi: Tomas Turesson.
Azərbaycan: 12. Ziyadxan Məmmədov, 3. Şirməmməd Məmmədov (9. Coşqun Diniyev, 46), 4. Sadiq Quliyev (k), 5. Elvin Bədəlov, 7. Namiq Ələsgərov, 8. Elvin Camalov, 11. Ruslan Nəsirli (18. Samir Məsimov, 58), 14. Adil Nağıyev, 15. Budaq Nəsirov (19. Bilal Abbaszadə, 84), 17. Şamil Camaləddinov, 20. Fəhmin Muradbəli.
Ehtiyat oyunçular: 1. Mustafa Yaman, 6. Kamran Abdullazadə, 10. Orxan Əliyev, 16. Elnur Mustafazadə.
Baş məşqçi: Arif Əsədov. 
Sarı vərəqələr: Fəhmin Muradbəli, 64. Coşqun Diniyev, 78. Samir Məsimov, 88.
Qırmızı vərəqə: Adil Nağıyev, 90+3.
Hakimlər: Dimitar Meçkarovski, Deyan Nedelkoski (Makedoniya), Robert Vukan, Slavko Vinçiç (Sloveniya).
UEFA nümayəndəsi: Ralp Aubri (Şimali İrlandiya).
Hakim-inspektor: Konrad Plauts (Avstriya).
"Landskrona İP" stadionu. Saat 17.00.

1

İrlandiya

3

2

1

0

4-1

7

2

İsveç

3

2

0

1

9-3

6

3

Bosniya və H.

3

0

2

1

2-5

2

4

Azərbaycan

3

0

1

2

1-7

1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər