Daha bir əfsanə gedir

Daha bir əfsanə gedir
İtaliya millisinin və "Milan"ın sabiq üzvü Alessandro Nesta karyerasını bitirir. Fanat.az xəbər verir ki, ötən ildən ABŞ-ın MLS liqasında çıxış edən Kanadanın "Montreal İmpakt" klubunda top qovan italyan müdafiəçi gələn həftə başa çatacaq çempionatın tamamlanması ilə birlikdə karyerasına da son qoyacaq. UEFA-nın rəsmi saytına danışan 37 yaşlı Nesta futbolçu karyerasını bitirdikdən sonra məşqçilik etmək isədiyini deyib.
Qeyd edək ki, karyerasına 1993-cü ildə "Latsio"da başlayan Nesta 9 il (193 oyun, 1 qol) bu klubda çıxış etdikdən sonra 2002-ci ildə "Milan"a keçib. Alessandro komandada 10 il ərzində top qovub (224 oyun, 7 qol). Ötən il "Montreal İmpakt"a üz tutan futbolçu 29 oyunda meydana çıxıb.
Nesta klub karyerası ərzində 101 Çempionlar Liqası, 407 A Seriyası matçına çıxıb. O, İtaliya klubları ilə ölkə çempionluğunu (3 dəfə), ölkə kubokunu (3), Super Kubokunu (4), Çempionlar Liqasını (2), Kuboklar Kubokunu (1), Avropa Super Kubokunu (3), klublararası dünya çempionluğunu (1) qazanı, UEFA Kubokunda final oynayıb. "Montreal İmpakt"ın heyətində isə o, bu il Kanada çempionluğunu qazanıb. 
1996-2006-cı illərdə İtaliya millisinin formasını geyinən futbolçu 78 oyunda meydana çıxıb. AVRO-2000-də final oynayan Nesta 6 il sonra dünya çempionu olub. O, həmçinin 1996-cı ildə İtaliya U-21-i ilə Avropa çempionluğunu qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər