DÇ: Azərbaycan təmsilçisi birinci oldu və...

DÇ: Azərbaycan təmsilçisi birinci oldu və...

Bolqarıstanın paytaxtı Sofiyada batut gimnastikası və tamblinq üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan tamblinqçisı Mixail Malkin mübarizəyə qoşulub. 

O, təsnifat mərhələsində 58,800 xal toplayaraq birinci olub. 

Malkin ikinci yeri tutan ABŞ təmsilçisi Kaden Braunu (57,400) xeyli qabaqlayıb

Beləliklə, idmançımız 12 tamblinq ustasının iştirak edəcəyi yarımfinala yüksəlib.

Qeyd edək ki, ötən gün batutçu Selcan Mahsudova yarımfinala vəsiqə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər