DÇ-2022 bir neçə ölkədə keçirilə bilər

DÇ-2022 bir neçə ölkədə keçirilə bilər
DÇ-2022 bir neçə ölkədə keçirilə bilər. Fanat.az xəbər verir ki, bu barədə FIFA prezidenti Zepp Blatter açıqlama verib.
Birləşmiş Ərəbmirliklərində dünənən keçirilən Nigeriya və Meksika arasında 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında dünya çempionatının final matçından sonra danışan FIFA rəhbəri bildirib ki, mundiala eyni anda bir neçə Asiya ölkəsi ev sahibliyi edə bilər. Dünya çempionatının bəzi oyunlarının İranda keçirilə biləcəyi ilə bağlı müsbət rəy aldığını deyən Blatter "İran tərəfi DÇ-2022-nin oyunlarını təşkil etməyə müsbət yanaşır. Mənə bəzi oyunlara ev sahibliyi etmək istədiklərini bildirdilər" deyib.
Yaxın Şərqdə bir çox ölkənin DÇ-2022-yə ev sahibliyi etmək istədiyini vurğulayan Blatter "Yalnız Bəsrə körfəzi ölkələri deyil, eyni zamanda Yaxın Şərq ölkələri də bu məsələlə ilə yaxından maraqlanır. Birləşmiş Ərəb Əmirlikləri də bu ölkələrdən biridi" deyə qeyd edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər