Gələn il Braziliyada keçiriləcək dünya çempionatının daha 6 iştiroakçısı müəyyənləşib. Fanat.az xəbər verir ki, bu gecə Afrikadan Əlcəzair və Qana, Avropadan isə Yunanıstan, Portuqaliya, Xorvatiya və Fransa mundiala vəsiqə əldə edib.
Bununla da DÇ-2014-ün 32 iştmrakçısından 30-nun adına aydınlıq gəlib. 13-ü Afropanı, 5-i Afrikanı, 4-ü Cənubi Amerikanı, 4-ı Asiyanı, 3-ü Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsi ölkələrini təmsil edir. Braziliya yığması isə ev sahibi kimi mundiala vəsiqə əldə edib.
Dünya çempionatının son iki iştirakçısı qitələrarası play-off oyunlarından sonra müəyyənləşəcək. Bu gün gecə saatlarında keçiriləcək oyunlarda Yeni Zellandiya Meksikanı (ilk oyun - 1:5), Uruqvay İordaniyanı (ilk oyun - 5:0) qəbul edəcək.
DÇ-2014-ün iştirakçıları
Ev sahibi: Braziliya.
Avropa: Belçika, İtaliya, Almaniya, Hollandiya, İsveçrə, Rusiya, Bosniya və Hersoqovina, İngiltərə, İspaniya, Yunanıstan, Xorvatiya, Portuqaliya, Fransa.
Afrika: Qana, Əlcəzair, Nigeriya, Kamerun, Kot`D-İvuar.
Asiya: İran, Cənubi Koreya, Yaponiya, Avstraliya.
Cənubi Amerika: Argentina, Kolumbiya, Çili, Ekvador.
Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsi: ABŞ, Kosta-Rika, Honduras.
Fanat.az