Con Toşak: "Bu böyük yalandır"

Con Toşak: "Bu böyük yalandır"
“Xəzər Lənkəran” - “Slima” oyunu öncəsi təmsilçimiz matçın keçiriləcəyi meydanda son məşqinə çıxıb. Məşqdən öncə “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak KİV nümayəndələrinin suallarını cavablayıb. Baş məşqçi bugün baş tutacaq oyun barədə aşağıdakı fikirləri səsləndirib:
 
- “Məsuliyyət tələb edən bir matça çıxacağıq. Kimsə rəqibimizi kiçiltmək istəsə də mən belə düşünmürəm. “Slima” hörmət ediləsi rəqibdir və onlar ilk oyunda sona qədər əzmkarlıqla döyüşüb hesabda bərabərlik yaratdılar. Mənim adımdan “Mənim üçün əsas rəqib “Makkabi”dir. Görün, onların başına nə oyun açacağam” yazan jurnalisti qınayıram. Bu böyük yalandır. Mənim adımdan yalandan yazılan bir fikirdir. Məni tanıyanlar bilir ki, qarşımdakı rəqib haqqında heç vaxt belə hörmətsiz fikir işlətmərəm. Hazırda ancaq “Slima”nı düşünürük. Bu matç bitsin, ondan sonra başqa rəqib haqqında fikir söyləmək olar. Ən sevindirici məqam zədəli futbolçularımızın artıq sağalıb heyətə qayıtmasıdır".
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər