Türkiyə Super Liqasında VIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" "Trabzonspor"un qonağı olub.
Oyun 0:0 hesablı ilə başa çatıb. Millimizin düşərgəsindən dönən Cihanın adı nədənsə "18-liy"ə salınmayıb.
Qeyd edək ki, "Sivasspor" 8 turdan sonra 13 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Fanat.az