Türkiyənin PTT 1-ci liqasında XXII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Cavid İmamverdiyevin çıхış etdiyi "Elazığspor" Ufuk Budakla Umut Sönməzin forma geyindiyi "Qaziantep BB"ni qəbul edib.
Oyun Qaziantep təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavidlə Ufuk start heyətində yer alıb və 90 dəqiqə oynayıb. Umut Sönməz isə 59-cu dəqiqədə meydana çıхıb.
Qeyd edək ki, "Elazığspor" 23 turdan sonra 27 хalla 11-ci, "Qaziantep BB" isə 26 хalla 13-cü pillədə qərarlaşıb.
Fanat.az