Cabbarov "Rəvan"a uğur gətirir

Cabbarov "Rəvan"a uğur gətirir
Premyer Liqanın XIV turunda "Qarabağ"ın qonabı olan "Rəvan"ın qazandığı 1 xal iki 2 yubileyə səbəb olub. Fanat.az xəbər verir ki, Bakı klubu Premyer Liqada səfər oyunlarında 40-cı, ümumilikdə isə 90-cı xalını əldə edib. Cari mövsüm səfərdə ilk dəfə heç-heçə edən "Rəvan" bununla qonaq meydanındakı 3 oyunluq məğlubiyyət seriyasına son qoyub.
Daha bir maraqlı məqam görüşü idarə edən Rauf Cabbarovla bağlıdı. Belə ki, Cabbarov Premyer Liqa çərçivəsində ikinci dəfə "Qarabağ” - "Rəvan” görüşündə ədaləti qoruyub və oyun yenə də 0:0 hesabı ilə başa çatıb. Bu həm də Cabbarovun cari mövsüm "Rəvan"la yollarının kəsişdiyi ikinci hal olub. Maraqlısı budu ki, ilk halda (AZAL) da qol vurulmamışdı.
Görüşün ikinci hissəsində meydana çıxan əsas kapitan Ramazan Abbasov isə Premyer Liqada ən çox "Rəvan" forması geymiş futbolçuya çevrilib. Belə ki, cari mövsüm 11-ci matçına çıxan kapitan toplamda 56-cı dəfə Premyer Liqada "Rəvan" forması ilə oynayıb. Bu nəticə ilə o, Samuel Barlayın nəticəsini təkrarlayıb.
"Qarabağ"la heç-heçə baş məşqçi Şahin Diniyev üçün də əlamətdar olub. Təcrübəli mütəxəssis ölkə çempionatlarında 170-ci xalını qazanıb. "Rəvan"da hələ ki 3 xal əldə edən Diniyev daha öncə "Qarabağ-Azərsun”la 101, "Gəncə” ilə isə 66 xal əldə etmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər