Böyük Britaniyanı təmsil edən əkiz bacılar ilk dəfə Azərbaycanda

Böyük Britaniyanı təmsil edən əkiz bacılar ilk dəfə Azərbaycanda

Böyük Britaniyanın idman gimnastikası komandasının Azərbaycan əsilli liderləri Cessika və Cennifer Qədirova bacıları ilk dəfə Azərbaycana gəliblər.

Fanat.Az xəbər verir ki, onlar Şəkidə milli federasiyanın yenidən təşkilinin 20 illiyinə həsr olunmuş gimnastika növləri üzrə vahid yarışlar çərçivəsində Qala şouda iştirak ediblər.

İdmançılar ölkəyə gəlişlərindən sevinclərini gizlətməyib, təəssüratlarını media ilə bölüşüblər.

“Burada olmaq əslində çox həyəcanlıdır. Bakıya gəldik, baba və nənələrimizlə  görüşdük, sonra Şəkiyə getdik. Biz həmişə tarixi vətənimizi ziyarət etmək istəmişik. Səfər çox emosional keçir. Qala-şou heyrətamiz atmosferdədir. Öz nömrələrini nümayiş etdirən digər həmkarlarımız ilə birlikdə çıxış etmək çox xoşdur”, - deyə Cennifer bildirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər