“Bu zəfər hamımızı ruhlandırıb”

“Bu zəfər hamımızı ruhlandırıb”

“Qələbə həmişə sevindiricidi. Şimali İrlandiyanı yenəcəyimizə inanırdıq və bunu bacardıq”. Bu sözləri Fanat.az-a açıqlamasında millinin hücumçusu Rauf Əliyev deyib.

Oyunun ən fəallarından olan, birinci qolun ötürməsini verən, uzatma dəqiqələrində 2-ci topun vurulmasını şərtləndirən cərimə zərbəsini qazanan forvard əlavə edib: “Bəli, əsas məqsədlərimizdən birinə çatmışıq. Ancaq missiyamızı bitmiş saymırıq. Qarşıda daha bir oyunumuz var. Rusiya ilə görüşə psixoloji cəhətdən hazırıq. Meydana çıxıb azrakeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Məğlubedilməz rəqib yoxdu. Britaniya təmsilçisi üzərində qələbə hamımızı ruhlandırıb”.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər