2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanan Bosniya və Hersoqovina yığmasının bir qrup azarkeşi gülünc vəziyyətə düşüb. Fanat.az xəbər verir ki, buna səbəb onların yığmanın oyununu canlı izləmək üçün yanlış ölkəyə yollanmalarıdı.
Belə ki, Bosniya və Herseqovina yığması seçmə mərhələdə son oyununu səfərdə Litvaya qarşı keçirdikləri halda, Haris Tresnyo adlı fanatın başçılıq etdiyi azarkeş qrupu Latviyaya səfər edib. Harisi dinləyək:
“Biletləri alan zaman heç kim bu boyda yanlışlığın fərqinə varmayıb. Ora çatanda baxdıq ki, sakitçilikdi. Ətrafdakılardan matçı izləmək üçün hansı tərəfə getməli olduğumuzu xəbər aldıq. Bir gənc oğlan bizə yanlış ölkəyə gəldiyimizi söylədi”.
Xatırladaq ki, Bosniya və Hersoqovina Litvanı minimal hesabla yenərək, mundiala birbaşa vəsiqə qazanıb.
Fanat.az