Karyerasını ABŞ-ın "Seattle Soundars" klubunda davam etdirən Obafemi Martins ata olub. Fanat.az xəbər verir ki, futbolçunun sevgilisi, "Milan"ın ulduzu Mario Balotellinin bacısı Abigail Barvuah oğlan uşağını dünyaya gətirib.
Beləliklə, Martins ata, Balotelli isə dayı olub. Uşağa Seyi Aduloju adı verilib. Martinslə Abigail 2012-ci ildən birlikdədi. Futbolçunun ilk arvadından iki uşağı var.
Fanat.az