Bernhard Lippert: "Risk edib..."

Bernhard Lippert: "Risk edib..."
"Birinci hissədə rəqibin çox böyük təzyiqi ilə üzləşdik. Amma fasiləyə qədər qapımızı toxunulmaz saxlaya bildik". Fanat.az xəbər verir ki, bu sözləri Makedoniya U-21-i ilə oyundan sonra 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Boban Babunski deyib.
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Makedoniyanın qonağı olan millimiz 0:1 hesabı ilə yenilib. Matçdan sonra fikirlərini bildirən alman mütəxəssis hesabda geri düşdükdən sonra risk etdiklərini deyib: "İkinci hissədə oyunda bərabərlik yarada bilsək də, qapımıza gedən topun futbolçuya toxunub istiqamətini dəyişməsi nəticəsində qol buraxdıq. Hesabda geri düşdükdən sonra daha riskli oynayıb hücumlarımızı gücləndirsək də, təəssüf ki, qol vura bilmədik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər