Bayramov heç yerə getmir

Bayramov heç yerə getmir

Oktyabrın 13-də hazırlığını tamamlayıb Tiflisdən Bakıya qayıdan “İnter” bu gün iki gənc futbolçusunun müqavilə müddətini artırıb. Fanat.az xəbər verir ki, yarımmüdafiəçi Fuad Bayramov daha 1 il ağ-göy formanı geyəcək. Əvəzedici heyətdə top qovan Mənsur Nəhavəndi isə 2 il “bankirlər”ə xidmət edəcək.

 

Hər iki oyunçuGürcüstan toplanışında iştirak etmişdi. Ötən mövsüm aprelin 19-da “İnter” və “Simurq”un əvəzedici komandalarının görüşündə ağır zədə alaraq böyrəyindən əməliyyat olunan Bayramovun “Qəbələ”yə keçidi gündəmdə idi. Bank təmsilçisi bu addımla Fuadı buraxmaq istəmədiyini sübuta yetirmiş oldu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər