Baş katib yığma komanda ilə görüşdü

Baş katib yığma komanda ilə görüşdü

Bu gün AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmmədov 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb. E.Məmmədov son illərdə ölkəmizdə qadın futbolunun inkişaf etməkdə olduğunu bildirib, Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.

Qeyd edək ki, yığmamız Avropa çempionatının ilkin seçmə mərhələsində avqustun 2-də Avstriya, 2 gün sonra Polşa, avqustun 7-də isə Qazaxıstan komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı 8-ci qrupun oyunları Polşada təşkil olunacaq.

Turnirə hazırlıq çərçivəsində komandamız iyulun 23-dən avqustun 1-dək Latviyada təlim-məşq toplanışı keçirəcək.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər