“İnter” Gürcüstanda keçirdiyi təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununa çıxıb. Fanat.az xəbər verir ki, “ağ-göylər” “Lokomotiv”inbazasındaRustavi “Metallurq”uilə qarşılaşıb və qələbə qazanıb – 2:0. Hesabı Asif Məmmədov açıb. Son nöqtəni isə Aleksandr İaşvili qoyub.
Xatırladaq ki, “İnter” dünən keçirdiyi yoxlama matçında da 2:0 hesablı zəfərə sevinmişdi. Sxinvali “Spartak”ının qapısına Mirsahib Abbasovla Samir Zərgərov yol tapmışdı.
Bank təmsilçisi Tiflisdəki hazırlığını yekunlaşdırıb və komanda bu gecə Bakıya qayıdacaq.
Fanat.az