Bahodir meydana çıxdı, komandası istəyinə çatdı

Bahodir meydana çıxdı, komandası istəyinə çatdı

"Neftçi”nin hücumçusu Bahodir Nasimovun şərəfini qoruduğu Özbəkistan yığması Asiya Kubokuna vəsiqəni təmin edib. Fanat.az xəbər verir ki, “əkələr”  Honkonq üzərində qazanılan qələbə sayəsində istəyinə vaxtından əvvəl çatıb.

 

 Nasimov bu görüşdə meydana fasilədən sonra çıxıb. İlk yarıda qapılara qol vurulmadığından baş məşqçi Mircəlal Qasımov hücumu gücləndirmək qərarına gəlib və onu “Paxtakor”un müdafiəçisi Davran Həşimovun əvəzinə “döyüşə atıb”.  Bahodirin inamlı oyunu fonunda komanda yoldaşları son dəqiqələrdə 2 top vuraraq qələbə qazanıb. Bununla da Özbəkistan millisi qrupda xalını 11-ə yüksəltməklə sona bir tur qalmış Asiya Kubokuna vəsiqə qazanıb.

 

  Özbəkistan 2015-ci ildə Avstraliyada keçiriləcək Asiya Kubokuna 6-cı dəfə qatılacaq. Orta Asiya təmsilçisinin ən yüksək göstəricisi sonuncu dəfə - 2011-ci ildə Qətərdə keçirilən qitə çempionatında qeydə alınıb. Sözügedən milli həmin turnirdə 4-cü yeri tutub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər