Azərbaycanlı samboçu İsrail adına dünya çempionu oldu

Azərbaycanlı samboçu İsrail adına dünya çempionu oldu

İsraili təmsil edən Azərbaycan əsilli samboçu Tariyel Abbasov Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, o, döyüş sambosu üzrə 71 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Abbasov həlledici dueldə qazaxıstanlı Asset Anarbayevi məğlub edib.

Qeyd edək ki, 50 ölkənin qatıldığı DÇ-də Azərbaycan yeddi idmançı ilə təmsil olunub. Onlardan Elvin Bağırov (64 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər