Azərbaycanlı məşqçinin tələbəsi Las-Veqasda döyüşəcək

Azərbaycanlı məşqçinin tələbəsi Las-Veqasda döyüşəcək

Sabah ABŞ-ın Las-Veqas şəhərində UFC-nin növbəti döyüş gecəsi təşkil olunacaq.

Fanat.Az xəbər verir ki, amerikalı Çarlz Rosa həmyerlisi Trenton Cozef Braunla üz-üzə gələcək.

Rosanın şəxsi güləş məşqçisi azərbaycanlı mütəxəssis Orxan Paşayevdir. Paşayev əvvəllər yunan-Roma güləşi ilə məşğul olub və 2010-cu ildə tələbələr arasında dünya çempionatının qızıl medalını qazanıb.

Qeyd edək ki, 35 yaşlı Rosa üçün bu, 21-ci döyüş olacaq. Bundan əvvəl o, 14 dəfə qalib gəlib, 6 görüşdə uduzub.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər