Azərbaycanda ilin ilk beynəlxalq idman yarışının açılışı oldu

Azərbaycanda ilin ilk beynəlxalq idman yarışının açılışı oldu
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasındakı tədbirdə əvvəlcə iştirakçı ölkələr təqdim edilib.
Ardınca aprelin 30-da dünyasını dəyişmiş Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Daha sonra söz gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova verilib. Tədbir iştirakçılarını və idmançıları salamlayan İsmayılov pandemiya şəraitində yarışın Azərbaycanda keçirilməsinə müsbət cavab verən ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə, Respublikanın Birinci vitse-prezidenti, Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya idman ictimaiyyəti adından dərin minnətdarlığını bildirib.
O qeyd edib ki, idman sahəsində aparılan siyasət öz bəhrəsini verir: "Gimnastika hazırda öncül idman növüdür. Azərbaycan Gimnastika Federasiyası ən ali qurumlardan biri kimi uğurlu fəaliyyət göstərir. Qeydə alınan nəticələr və müxtəlif medallar də bunu sübut edir. Bir daha bütün idmançılara uğurlar arzulayıram".
Bundan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və yarış açıq elan olunub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər