Azərbaycanda ilin atletləri müəyyənləşdi

Azərbaycanda ilin atletləri müəyyənləşdi

Azərbaycan Atletika Federasiyasında 2021-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib.

Fanat.Az xəbər verir ki, tədbir federasiyanın prezidenti Çingiz Hüseynzadənin açılış sözləri ilə başlayıb.

Daha sonra cari ildə əldə olunan nailiyyətlər haqqında məlumatlar verilib və mükafatlar təqdim edilib.

İlin ən yaxşı kişi idmançısı Aleksis Kopello seçilib. İlin ən yaxşı qadın idmançısı mükafatı isə Lamiyə Vəliyevaya verilib.

İlin ən yaxşı məşqçisi və hakimi nominasiyaları üzrə müvafiq olaraq, Tofiq Əliyev və Emil Şaxtaxtinski qalib olublar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər