Millimiz İsveçrəyə məğlub oldu

Millimiz İsveçrəyə məğlub oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv İsveçrənin qonağı olub.
 
Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 22-ci dəqiqədə qonaq komandadan Ozan Can Kökçü açıb. 49-cu dəqiqədə Bastien Toma bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə 90+1-ci dəqiqədə Filip Stojilkoviç qoyub.
Hazırda Azərbaycan yığması 2-ci qrupda 6 xalla 6 komanda arasında 5-ci yerdə qərarlaşıb. Lakin 3 xalla son pillədə olan Lixtenşteynin ehtiyatda bir oyunu var. İsveçrə isə 9 oyundan 24 xalla 1-ci yerdə gedir.
AVRO-2021
Seçmə mərhələ
2-ci qrup
12 noyabr
22.00 İsveçrə - Azərbaycan 2:1
Qollar: Bastyen Toma, 49, Filip Stojilkoviç, 90+1 - Ozan Kökçü, 22
Baş hakim: Kaspar Syiberq (İsveç).
Tyun. "Tyun Arena”.
 

1

İsveçrə

9

9

0

0

25-5

27

2

Fransa

8

7

0

1

24-9

21

3

Gürcüstan

10

5

0

5

17-14

15

4

Slovakiya

9

3

0

6

16-21

9

5

Azərbaycan

10

2

0

8

6-18

6

6

Lixtenşteyn

8

1

0

7

3-24

3

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər