Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi dəyişdi

Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi dəyişdi

Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

Fanat.Az xəbər verir ki, iclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin yeni baş katibi seçilib. A.Əliyev bu postda Ağacan Əbiyevi əvəzləyib.

Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftahətdinova MOK-un vitse-prezidentləri seçiliblər. Ç.Hüseynzadə yeni müddətə seçilib. Gənclər və idman naziri F.Qayıbov mərhum sələfi Azad Rəhimovu əvəzləyib. Z.Mehfahəddinova isə Xəzər İsayevin yerinə seçilib.

Ç.Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edib və onlara uğurlar arzulayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər