Azərbaycan idmançıları lisenziya xarakterli DÇ-yə yollandılar

Azərbaycan idmançıları lisenziya xarakterli DÇ-yə yollandılar

Azərbaycan para-üzgüçüləri iyulun 31-də İngiltərənin Mançester şəhərində start götürəcək dünya çempionatına yollanıblar.

Fanat.Az xəbər verir ki, avqustun 6-dək davam edəcək yarışda 3 idmançı mübarizə aparacaq.

Bunlar üçqat paralimpiya çempionu Raman Salei, paralimpiya çempionu Vəli İsrafilov və Könül Süleymanovadır.

Turnirdə ilk 2 yeri tutanlar 2024-cü ildə Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanacaqlar.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər