Azərbaycan gimnastlarının qatılacağı yarışla bağlı təqdimat oldu

Azərbaycan gimnastlarının qatılacağı yarışla bağlı təqdimat oldu

Almaniyanın Münhen şəhərində Avropa Gimnastikasının təşkilatçılığı ilə Kommunikasiya seminarı keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Fanat.Az-a verilən məlumata görə, tədbirdə 11 - 21 avqustda sözügedən şəhərdə idman gimnastikasının da daxil olduğu 9 idman növü üzrə keçiriləcək Avropa çempionatı ilə əlaqədar təqdimat olub.

12 ölkə nümayəndəsinin iştirak etdiyi seminarda Azərbaycan da təmsil olunub. Tədbir iştirakçıları həmçinin gimnastika növü üzrə yarışların keçiriləcəyi olimpiya zalına da səfər ediblər.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın kişi və qadın idman gimnastları da mübarizə aparacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər