Cavid İmamverdiyev "Neftçi"nin rəsmi saytına açıqlama verib. Fanat.az xəbər verir ki, gənc yarımmüdafiəçi “Facebook” sosial şəbəkəsində azarkeşlərlə arasında yaranmış anlaşılmazlıqla bağlı danışıb:
“Simurq”la oyunda qələbəyə layiq oyun nümayiş etdirsək də qol vura bilmədik. Elə təkcə mənim fərqlənmək üçün bir neçə real imkanım oldu. Bu fürsətlərdən yararlana bilməməyimizi azarkeşlər təbii olaraq narazılıqla qarşılayırlar. Əlbəttə, nəticə tələb etmək azarkeşlərin haqqıdı və onlar öz fikirlərini sosial şəbəkələrdə də bildirirlər. Sadəcə oyunsonrası psixoloji gərginlik səbəbindən bir azarkeşlə dialoqum sərt alınmışdı. Elə bu oyunda fərqlənə bilmədiyimə görə özümü hamıdan çox qınayıram. Qoy azarkeşlərimiz bilsin ki, biz futbolu onlar üçün oynayırıq. Azarkeşlərə Avropa Liqası, 3 qat ölkə çempionluğu yaşadan “Neftçi” bunun davamını gətirəcək”.
Fanat.az