AZAL-da dərd üstünə dərd gəldi

AZAL-da dərd üstünə dərd gəldi

AZAL daha bir ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, "təyyarəçilər"in əsas futbolçularından Yuri Fomenko zədələnib.

Ukraynalı hücumçu məşqdə zədə alıb. Bu səbəbdən onun həftəsonu "Xəzər Lənkəran"la oyunda meydana çıxması sual altına düşüb.

Qeyd edək ki, Vaqif Sadıqov bu oyunda zədəsi olan Orxan Həsənov və Xuan Fransiskonun xidmətindən yararlana bilməyəcək. Kapitan Viktor İbekoyi isə cəza səbəbindən matçı buraxacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər