Azad Rəhimov Kazanda idmançılarımızla görüşdü

Azad Rəhimov Kazanda idmançılarımızla görüşdü
İyulun 7-də Azərbaycan Respublikasının Gənclər və  idman naziri Azad Rəhimov Rusiyanın Kazan şəhərinə gələrək XXVII Ümumdünya Universiadasında iştirak edən Azərbaycan idmançıları ilə görüşüb.
Universiada kəndində komandamızın yaşadığı binada yaradılmış şəraitlə tanış olan nazir idmançılarımızla söhbət edərək  onlara uğurlar arzulayıb.
Nazir Azad Rəhimov komandamızın qərargahı, Universiada kəndinin yeməkxanası və digər obyektlərlə də tanış olub.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər