Çayxana söhbəti 3 -XƏYALLARIN QANADINDA

Çayxana söhbəti 3 -XƏYALLARIN QANADINDA

Ara-sıra çayxanada əyləşib dərdləşən iki çılğın futbol azarkeşinin dialoqunu Fanat.az oxucularına çatdırmağı həmişə özünə borc bilir. Küləyə baxmayaraq bu gün də açıq havada pürrəngi çay içə-içə söhbətləşirdilər.

 

-         Nə bekara konfetdi ə bu...Canları çıxar də, qənddana düz-əməlli bir şey qoysalar.

-         Hə bayaq mənim də dişimə yapışdı, üzə düşdüm yedim. Mürəbbəylə iç.

-         Qaqa, soyuqlamısan deyesen. Hə?

-         Yox.

-         Bəs niyə qalın geyinmisən. Fevraldı?

-         Naxçıvana gedirəm bu axşam. Belə çıxdım ki, bir də evə qayıtmayım. Sabah orda superkubok uğrunda qırğın olacaq, xəbərin yoxdu?

-         O boyda hadisədən xəbərsiz qalmaq olar? Səncə kim udar?

-         Düzü, heç birinə azarkeşlik etmirəm. Özün bilirsən ki, “Qarabağ”ın fanatıyam. Qaqadılar e, qaqa! Görürsən Avroliqada qabağına çıxanı qapazlayır. Baxarsan, qrupdan çıxacaqlar.

-         Allah qoysa. İşim olmasaydı, mən də gedərdim.

-         Xətrinə dəyməsin, səninki elə hay-küydü. Biletin olsaydı, bir yerdə gedərdik. Qəşəng oyundu, həm də deyirlər ki, dava düşəcək.

-         İnanmıram bu dəfə dava olsun. PFL superkuboku boş yerə Naxçıvana salmayıb ki... Bilirsən bu Ramin Musayevdə nələr var...

-         Sən öl, düz deyirsən. Deyəsən, arzum ürəyimdə qalacaq.

-         Həvəsləndirdin e məni. Bilet olsaydı, mən də gedərdim.

-         Bax burda xarabladın. İndiyə bilet qalar, ə? Naxçıvanda 3 gün əvvəldən bütün biletlər satılıb. Türkiyədən, Rusiyadan 5 minə yaxın turist gəlib. 100 avroya tapa bilmirlər. “Neftçi”nin Avroliqanın 1/16 final mərhələsindəki potensial rəqiblərinin baş məşqçiləri də orda olacaq.

-         Qaqa, özüm ölüm haqlısan. Hər dəfə vaxtında bilet almıram. Ağlım əvvəlki vaxtlara gedir. Yadına gəlir, Premyer Liqa oyunlarına 200-300 azarkeş gəlirdi e. İndi “Rəvan” – “Sumqayıt” matçı da futbola oxşayır.

-         Razıyam, bu yay “Xəzər Lənkəran” UEFA kubokunun qrupunda oynayacaq.

-         UEFA kuboku yox, Avropa Liqası...

-         Hər nə isə... Con Toşakla Yuri Syominin komandası lap Çepmionlar Liqasında oynasa da təəccüblənmərəm. Bu il iki klubumuz qrupdadı, gələn il 4-ü olar. Halbuki, 5 il əvvəl yatsaq, yuxumuza da girməzdi.

-         Qaqa, kim nə deyir desin, AFFA çox iş görür.

-         Hə, Allah canlarını sağ eləsin.

-         Səncə, Foqts qalmalıdı?

-         Uy daa...

-         Nəsə oldu?

-         Dur getdik, gecikəcəm. Başımız söhbətə qarışıb saata da baxmamışıq.

-         Çayın pulunu vermisən.

-         Birinci dəfə deyil ki.. Dur gəl.

      

                Fanat.az   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər