Türkiyə Kubokunda növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Ayaz Mehdiyevin çıxış etdiyi "Giresunspor" "Bayrampaşa"nın qonağı olub.
Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ayaz matçın iştirakçısı olmayıb. Onun adı "18-liy"ə salınmayıb.
Ayaz "Giresunspor"dakı yeganə rəsmi matçını kubokda "Sakaryaspor"a qarşı keçirib. O, həmin matçın 70-ci dəqiqəsində meydana çıxmış 20 dəqiqədə və əlavə olunmuş 30 dəqiqədə oynamışdı.
21 yaşadək futbolçulardan ibarət yığma komandamızın sabiq üzvü Timur Temeltaşın forma geyindiyi "Altınordu" isə "Ofspor" qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Timurun adı "18-liy"ə salınmayıb.
Timur uzun müddətdi zədəlidi. O, sonuncu dəfə sentyabrın 13-də "Osmanlıspor"la keçirilən liqa matçının iştirakçısı olub.
Fanat.az