DÇ-2014-ün seçmə mərhələsində F qrupunda mübarizə aparan milli yekunda 9 xal topladı. Berti Foqtsun komandası 4-cü olaraq tarixinin ən yaxşı nəticəsinə imza atdı. Hesabında 1 qələbə 6 heç-heçə və 3 məğlubiyyət olan yığmamız rəqib qapılarından 7 top keçirib və 11 dəfə oyuna mərkəzdən başlayıb. Görəsən 6 heç-heçə necə göstəricidi? Suala cavab tapmağa çalışaq:
Berti Foqtsun komandası DÇ-2014-ün seçmə qrup mərhələsində mübarizə aparan Avropa yığmaları arasında ən çox heç-heçə edən kollektivdi. Millinin 6 oyununda bərabərlik qeydə alınıb.Bu sayda “sülh” görən yoxdu.Millimizin bütün bərabərliklərinin eyni hesabla rəsmiləşib -1:1. İsrail və Lüksemburqla hər 2 oyunda, Şimali İrlandiya ilə Belfastda və oktyabrın 15-də “Bakcell Arenada” Rusiya ilə heç-heçələr müdafiə futbolundan xəbər verir. Təbii, xal qazanmağı bacarmaq da müəyyən məharətdi. Bu baxımdan yığmada oyun intizamının formalaşdığını da danmamalıyıq. Əvvəllər qapısından bir top buraxması son anlamına gələn seçməmiz artıq hesabı bərabərləşdirməyi də bacarır. Evdə yəhudilərlə və ruslarla görüşlər söylədiklərimizə sübutdu.
Fanat.az