Futbol üzrə Avstraliya milli komandası Asiya çempionatının qalibi olub. Fanat.az xəbər verir ki, Avstraliyada keçirilən çempionatın finalında Cənubi Koreyanı 2:1 hesabı ilə məğlub edən ev sahibləri ilk dəfə olaraq qitə birincisi adını qazanıblar.
Avstraliyalılar oyunun 45-ci dəqiqəsində Massimo Luonqonun qolu ilə hesabda irəli çıxıblar. Lakin qarşılaşmanın ikinci hissəsinin son dəqiqələrində Heunq Min Son hesabı bərabərləşdirib - 1:1. Qalibi müəyyən etmək üçün əlavə olunmuş vaxtda (görüşün 115-ci dəqiqəsində) Ceyms Troisi Avstraliyanı hesabda 2:1 irəli çıxarıb.
Hər iki komanda çempionatda A qrupunda mübarizəyə başlamışdı. Qrup mərhələsi çərçivəsində keçirilən oyunda Cənubi Koreya 1:0 hesabı ilə qalib gəlmişdi.
Çempionatda üçüncü yer uğrunda oyunda isə Birləşmiş Ərəb Əmirliklərinin milli komandası İraq yığmasını 3:2 hesabı ilə məğlub edib.
Fanat.az