Arif İsayev klubsuz qaldı - rəsmi açıqlama

Arif İsayev klubsuz qaldı - rəsmi açıqlama
Daha bir futbolçumuzun Türkiyə karyerası başa çatıb. Fanat.az xəbər verir ki, Arif İsayev "Dənizlispor"dan ayrılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sayta açıqlama verən "Dənizlispor"un prezidenti Mehmet Özsoy bildirib ki, transfer komitəsinin keçirdiyi görüşdən sonra Arif İsayev və makedoniyalı Bayram Fetayla yollarını ayırıblar: "Arif İsayevlə görüşdük və qarşılıqlı razılıq əsasında yollarımızı ayrıdıq. Bayram Fetayla görüşdə razılığa gələ bilmədik. Bu səbəbdən müqaviləni təktərəfli qaydada ləğv etdik. Yollarımızı ayırdığımız futbolçularımıza uğurlar arzulayırıq".
Ötən mövsümdən "Dənizlispor"da çıxış edən Arif meydana çıxdığı 17 oyunda 697 dəqiqə oynayıb və 3 qola imza atıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Fərid Quliyevlə Murad Axundzadə "Kahramanmaraşspor"dan ayrılmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər