"İnter"in futbolçusu Arif Daşdəmirovun müsahibəsi
- “Rəvan”la matç kifayət çətin alındı. Buna baxmayaraq, qələbə qazanıb, xal ehtiyatını artıra bildiz. Matç barədə nə deyə bilərsən?
- Oyun çox ağır oldu. Bundan başqa, 5 ev oyununda qələbə qazana bilmirdik və qalib gəlməyi çox istəyirdik. Biz oyunu yaxşı keçirdik. Erkən qollar vurduq, yenə qol vəziyyətlərimiz oldu, lakin səhvlərimizin ucbatından lazımsız qollar da buraxdıq. Buraxılmış qollarla bağlı epizodlarda biz daha diqqətli oynamalıydıq. Əsas odu ki, qalib gələ bildik. Komanda artıq özünə gəlib. İnşallah, növbəti matçlarda yaxşı nəticələr əldə edərik və turnir cədvəlində yüksələrik. İlk “üçlüy”ə düşmək istərdik, sonrasına baxarıq.
- Son matçlarda “İnter” kifayət qədər yaxşı təsir bağışlayır, start şokunu adlamağı bacarır. Səncə, buna başqa oyun taktikasına keçid səbəb oldu, yoxsa komanda sadəcə anladı ki, artıq geriləmək olmaz?
- Məşqçi qərara gəldi ki, belə taktikayla oynamaq lazımdı və bu sxem özünün nəticələrini verdi. Biz bir neçə matçı yaxşı keçirdik, deməli, bu qərar özünü doğrultdu. Başlıcası odu ki, bu ruhda davam etməliyik. Bizə xal toplamaq lazımdı.
- Ruslan Əmircanov meydançaya çıxdıqdan sonra sən sol cinaha keçdin. Deyə bilərsən, harada oynamaq rahatdı: adət etdiyin sağ cinahda, yoxsa sol tərəfdə?
- Bu, mənim “İnter”də artıq 4-cü mövsümümdü və ötən müddət ərzində həm sağ, həm də sol cinahda oynamağa macal tapmışam. Bu iki cinahda oynamağa adət etmişəm və məşqçi sol cinahı həvalə edən zaman burada oynamaq mənə çətin olmur. Belə də, əlbəttə ki, özümü sağ cinahda daha rahat hiss edirəm. Lakin yenə təkrar edirəm, zərurət yarandıqda sol cinahda oynamaq mənə hər hansı bir problem yaratmır.
- “Rəvan”la oyunda bir neçə epizodda siz hətta rəqibin qapısına yol da tapa bilərdin, lakin alınmadı. Həmin anlarda qol vurmağa nə mane oldu?
- Səmimi desəm, bu suala cavab verməkdə çətinlik çəkirəm. Yəqin, sadəcə bəxtsizlik belə anlarda qol vurmağa imkan vermədi. Hər şey o qədər dinamik cərəyan edirdi ki, daha dəqiq zərbələr endirməyə mane oldu. İndi növbəti matçlarda qol vurmağa çalışacağam.
- Bu qələbə sayəsində “İnter” “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin lider olduğu “üçlüy”ə iddia edən komandalar qrupuna yaxınlaşdı. Səncə, klubunun onlara çata bilərmi?
- Əlbəttə, biz bunu edə bilərik. “İnter” həmişə mükafata iddia edən komandadı. Son matçlarda biz yaxşı oyun nümayiş etdiririk və düşünürəm ki, bu ruhda da davam etmək lazımdı. Komanda meydançada bütün potensialını nümayiş etdirməlidi. Bizə səhvlərdən qaçmaq lazımdı. Bu halda, turnir cədvəlində yuxarı yerlərə ümid edə bilərik. Yalnız bu halda biz irəliyə addımlaya bilərik.
- Növbəti tur “İnter”i Zaqatalaya çətin səfər gözləyir. Birinci dövrədə “Simurq”a məğlub olduğunuzdan, yəqin ki revanş almağa çalışacaqsız...
- Bizi çox ciddi oyun gözləyir. “Simurq” əvvəlki matçlarını Bakıda və Qəbələdə keçirdi, bizimlə qarşılaşmanı isə ilk dəfə azarkeşlərinin qarşısında keçirəcək. Bu da bizim tapşırığımızı daha da çətinləşdirəcək. Ancaq biz revanş almağa və Zaqataladan yaxşı nəticəyə ilə qayıtmağa çalışacağıq.
inter.az