Araz Ağalarov: "Mən iki komandanın sponsoruyam"

Araz Ağalarov: "Mən iki komandanın sponsoruyam"

Azərbaycan əsilli rusiyalı biznesmen, “Krokus” kompaniyasının rəhbəri Araz Ağalarovun Türkiyənin “Fenerbahçe” klubuna sponsorluq edəcəyi haqda məlumatlar yayıldığını yazmışdıq. Fanat.az xəbər verir ki, iş adamı bu informasiyaların həqiqəti əks etdirmədiyini deyib:"Xeyr, bu, həqiqət deyil. Hətta bu mövzuda düşünməmişəm və belə bir alış etməyə hazırlaşmırdım. Məlumatın hardan yayıldığına şərh verməyə çətinlik çəkirəm. Mən iki komandanın sponsoruyam: futbol klubu “Dinamo” və otüstü xokkey komandası Krasnoqorsk “Zorki”sinin. Bu yükü çətinliklə çəkirəm və başqa nə isə almağı planlaşdırmıram".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər