Aqil Nəbiyev üçün 2013 erkən bitdi

Aqil Nəbiyev üçün 2013 erkən bitdi

Daha bir futbolçu üçün 2013-cü il erkən başa çatıb. Fanat.az xəbər verir ki, "Rəvan"ın üzvü Aqil Nəbiyev ilin son turunda meydana çıxa bilməyəcək.

Buna səbəb futbolçunun zədələnməsi olub. "Xəzər Lənkəran"la oyunda meydana start heyətində çıxan Nəbiyev ilk yarıda zədələnmiş və fasilyə az qalmış Cəmşid Məhərrəmov tərəfindən əvəzlənmişdi. Həkim müayinəsindən keçən Aqilin son turun "Simurq"la matçında meydana çıxmayacağı dəqiqləşib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər