Aqil Məmmədov "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi futbolçularının təcrübəsizliyindən şikayətlənib:
"Oyunun çətin keçəcəyini bilirdik. “Qarabağ” Azərbaycanın ən güclü komandalarından biridi. 90 dəqiqənin yekununda komandalar arasındakı səviyyə fərqi göründü. Rəqibin heyətində çox güclü, ustalıq səviyyəsi yüksək olan futbolçular var. Bu gün buraxdığımız hər üç qolda müdafiə xəttinin kobud səhvləri oldu. Heyətimizdə Premyer Liqa təcrübəsi olan futbolçular azdı".
Fanat.az