Antalyada son məşq - VİDEO

Antalyada son məşq - VİDEO

"Qarabağ" Antalyada təlim-məşq toplanışının sonuna yaxınlaşır. Fanat.az xəbər verir ki, bu gün hava şəraitinin yağmurlu olmasına baxmayaraq komanda axşam məşqinə çıxıb.

İsinmə hərəkətlərinin ardından 3 qrupda "kvadrat" oynayan futbolçular ardınca məşqçilərin verdiyi başqa fiziki məşğələləri yerinə yetirib.

Qeyd edək ki, "Qarabağ" sabah sonuncu yoxlama oyununa çıxacaq. Rəqib Ruminiya təmsilçisi "Tarqu Mureş"  olacaq. Oyun Bakı vaxtı ilə saat 19.30-da start götürəcək və klubun rəsmi "Youtube" kanalı ilə canlı yayımlanacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər