Andrey Sokolov da dilə gəldi

Andrey Sokolov da dilə gəldi

Rusiya Futbol İttifaqının baş direktoru Andrey Sokolov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan - Rusiya oyununda azərbaycanlı azarkeşlərin davranışı ilə bağlı danışıb. Fanat.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında belə deyib:

 

“Öncə oyunqabağı və matçın gedişində baş verənlərə seçmə mərhələni keçirən təşkilatın reaksiyasını bilmək lazımdı. Azərbaycan yığmasının azarkeşləri Rusiya himninə hörmətsiz münasibətlə yanaşı, Aleksandr Səmədova da eyni münasibəti göstəriblər. Görək FİFA Bakıdakı azarkeşlərin bu davranışına görə iş açacaqmı. Bundan sonra öz münasibətimizi bildirəcəyik. Çox güman ki, onlar milli federasiyaları fikrini soruşacaqlar. Sadəcə, gözləmək lazımdı”.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər