"Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti Kriştiano Ronaldonun klubun ayrılmaz bir parçası olduğunu dilə gətirib.
İdman24.az xəbər verir ki, klub ilə daha 2 il müqaviləsi olan Ronaldonun klubdan ayrılacağı və "Mançester Yunayted" yaxud da "PSJ" ilə danışıqlar apardığı kimi xəbərlər dolaşırdı. Amma italyan məşqçi bütün bunları inkar edib. Ançelotti "Kriştiano klubun ən önəmli oyunçusudur. Onu hər kəs tanıyır. O, klubumuzun ayrılmaz bir hissəsidir", deyib.İdman24.az