Anar Salmanov Avroliqanın III təsnifat mərhələsində

Anar Salmanov Avroliqanın III təsnifat mərhələsində

FIFA referisi Anar Salmanov UEFA Avropa Liqasının III təsnifat mərhələsinə təyinat alıb. O, avqustun 1-də Norveçin "Tromse" klubu ilə Lüksemburqun "Differdange" komandası arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq. Anar Salmanova Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək. Hakimlərimizin idarəçiliyinə Sergey Zuyev (Rusiya) qiymət verəcək. Oyunun UEFA nümayəndəsi almaniyalı Thomas Weyhing olacaq.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər