Anar Nəzirov tarixə düşdü

Anar Nəzirov tarixə düşdü
Topaz Premyer Liqasının X turunun “Sumqayıt” - “Qarabağ” oyununda avtoqol qeydə alınıb. Fanat.az xəbər verir ki, meydan sahiblərinin qapıçısı Anar Nəzirov topu öz qapısından keçirib. 
Qolkiperdən istiqamətini dəyişən topun qapıdan keçməsinin avtoqol kimi hesaba alınması ilə mövsümdə 2-ci avtoqol rəsmiləşib. İlk belə hadisə də məhz “Sumqayıt”ın ev oyununda qeydə alınmışdı. IX turun “İnter”lə görüşündə Adil İbrahimov “fərqlənmişdi”. Nəzirov “Sumqayıt”ın tarixində öz qapısına qol vuran 4-cü futbolçu olub. “Qarabağ” isə ölkə çempionatlarında 9-cu dəfə rəqibin qoluna sevinib.
Qeyd edək ki, 1992-ci ildən bunadək ölkə çempionatlarında heç vaxt qapıçı avtoqol müəllifi olmamışdı. Qeydə alınan 118 avtoqoldan heç birinin müəllifi qapıçı deyildi. Öz qapısına qol vuran ilk qolkiper kimi Premyer Liqa tarixinə düşən Nəzirov ümumilikdə 119-cu avtoqolu gerçəkləşdirdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər