Adil Mahmudov köməkçisini meydandan qovdu - qalmaqal

Adil Mahmudov köməkçisini meydandan qovdu - qalmaqal
I divizionun XI turunun "Qaradağ" - "Neftçala" matçında maraqlı hadisə baş verib. Fanat.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmada baş məşqçi köməkçisini texniki zonadan qovub.
Belə ki, Adil Mahmudov komandanın məşqçisi Nasim Əhmədovu matçın gedişində meydandan kənarlaşdırıb. Buna səbəb isə onun baş məşqçinin meydanın sulanmasına nəzarət etməsi barədə tapşırığına əməl etməməsi olub.
Maraqlıdı ki, Əhmədov fasilədən sonra texniki zonaya qayıtsa da, yenə qovulub. Belə ki, o, hakimlərin qərarlarına müdaxilə etməyə, futbolçulara müxtəlif iradlar bildirməyə çalışıb. Bu səbəbdən baş hakim Orxan Məmmədov məşqçini texniki zonadan kənarlaşdırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər